Batumi Festivalı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq
15.09.2023 17:56
441
Mədəniyyət
A
Batumi Festivalı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq

Batumi Festivalı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq

Aktual.ge xəbər verir ki, 30 sentyabr – 8 oktyabr tarixlərində Gürcüstanda 10-cu “Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı” keçiriləcək.

Azərbaycanın ilk dəfə təmsil olunduğu festivalda Braziliya, Fransa, İtaliya və digər ölkələrin Gürcüstanda akkreditə olunmuş Səfirliklərinin dəstəyi ilə musiqi və incəsənət günlərinin təşkili nəzərdə tutulur.

Festival çərçivəsində Batumi Musiqi Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgi və “Azərbaycanın Milli Muğamı Gecəsi” adlı konsert keçiriləcək. Oktyabrın 2-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi və təşkilatçılığı ilə baş tutacaq sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində rolu, o cümlədən Ümummilli Liderin xarici səfərlərini əks etdirən ekspozisiya nümayiş olunacaq.

“Azərbaycanın Milli Muğamı Gecəsi” adlı konsert proqramında Xalq artisti Salman Qəmbərov və onun rəhbərlik etdiyi “Bakustik Jazz” qrupu, Əməkdar artist Təyyar Bayramov və onun muğam qrupu, Əməkdar artistlər Nərgiz Əliyeva, Sahib Paşazadə və Ceyla Seyidova çıxış edəcək.

 Oktyabrın 7-də "Gələcəyin Ulduzları" gənc pianoçuların qala konsertində isə beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil Sədizadə və beynəlxalq müsabiqələr laureatı Zümrüd Əlizadə iştirak edəcəklər.

 

 

 

 

 

 

 

ŞƏRH YAZ
8