
23 yaşlı gəncin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge xəbər verir ki, Telavi şəhərində qeydə alınan qəza da, 23 yaşlı oğlan dünyasını dəyişib, 2 nəfər isə ağır yaralanıb.
Belə ki, gənc oğlanın sürətlə avtomobili ilə ağaca çırpılıb, nəticədə o, yerindəcə keçinib. Avtomobildə olan ata və yeniyetmə isə ağır yaralanıb. Onların hər ikisi Telavi xəstəxanasına yerləşdirilib.
Həkimlərin sözlərinə görə, hazırda xəsarət alanların vəziyyəti ağırdır. Bildiilib ki, döş qəfəsindən xəsarət alan kişi reanimasiya şöbəsinə yerləşdirilib, gənc isə kəllə-beyin travması ilə neyrocərrahın müşahidəsindədir.
Hadisə 14 sentyabr gecə saatlarında baş verib.
İstintaq Cinayət Məcəlləsinin yol hərəkəti və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə aparılır.
Xatırladaq ki, daha bir ağır yol-nəqliyyat hadisəsi bu gün Saqareco Bələdiyyəsində qeydə alınıb. Belə ki, məktəb şagirdlərinin içində olduğu avtomobilin sürücüsü törətdiyi qəza nəticəsində dünyasını dəyişib, 6 nəfər şagird isə yaralanıb.