
Kateqoriyalar
2023-cü ilin 2-ci rübündə Gürcüstanda orta maaş ötən ilin müvafiq dövrü ilə müqayisədə 263,2 lari artaraq 1 804 lari təşkil edib.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
“Sakstat”ın məlumatına görə, fəaliyyət növündən asılı olaraq aşağıdakı sahələrdə nisbətən yüksək əməkhaqqı qeydə alınıb:
İnformasiya və rabitə – 3 799,8 lari;
Maliyyə və sığorta fəaliyyəti - 3 181,4 lari;
Tikinti - 2 590,3 lari;
Peşə, elmi və texniki fəaliyyət - 2 525 lari
2023-cü ilin 2-ci rübünün məlumatlarına görə, aşağıdakı sahələrdə nisbətən aşağı əmək haqqı qeydə alınıb:
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 1 277,3 lari;
Su təchizatı və tullantı suların idarə edilməsi - 1 149,7 lari;
Təhsil - 1 048,7 lari.