Marneulidə 24 saatlıq su təchizatının təmin edilməsi üçün layihə həyata keçirilir
16.09.2023 15:21
553
Siyasət
A
Marneulidə 24 saatlıq su təchizatının təmin edilməsi üçün layihə həyata keçirilir

Marneuli şəhərində, 24 saatlıq su təchizatının təmin edilməsi üçün genişmiqyaslı layihə həyata keçirilir.

Aktual.ge xəbər verir ki, layihə çərçivəsində su təchizatı şəbəkəsi tamamilə yenilənəcək, müasir nasos stansiyası və yeni su anbarları təşkil olunacaq. Eyni zamanda, kanalizasiya şəbəkəsinin tikintisi işləri davam etdirilir.

Layihənin miqyasına görə, işlər 4 müstəqil mərhələ üzrə aparılacaq və mərhələli şəkildə tamamlanacaq.

Layihəyə - Asiya İnkişaf Bankının dəstəyi ilə 135 milyon laridən çox vəsait xərclənəcək və başa çatdıqdan sonra 22 000 benefisiar 24 saatlıq su təchizatından faydalanacaq.

ŞƏRH YAZ
2