Rusiya avtomobillərinin Finlandiyaya girişinə qadağa qüvvəyə minib
16.09.2023 17:15
261
Dünya
A
Rusiya avtomobillərinin Finlandiyaya girişinə qadağa qüvvəyə minib

Rusiya dövlət qeydiyyatı nişanlı minik avtomobillərinin Finlandiyaya girişinə qoyulan qadağa rəsmi şəkildə qüvvəyə minib

Bu barədə Aktual.ge Rusiya KİV-inə istinadən xəbər verir.

Finlandiyada olan Rusiya qeydiyyatlı avtomobillər 6 ay ərzində ölkə ərazisini tərk etməlidir. Əks halda avtomobillər müsadirə oluna bilər.

“Finlandiyaya yalnız Rusiyada daimi yaşayan Avropa İttifaqı ölkələrinin vətəndaşları, onların ailə üzvləri, diplomatlar və ya onlara bərabər tutulan şəxslər və ya humanitar səbəblərə görə Rusiyada qeydiyyatda olan avtomobil gətirilə biləcək”, - Finlandiya Nazirlər Kabinetinin rəsmi məlumatında deyilir.

Xatırladaq ki, Finlandiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Helsinki Aİ-yə üzv ölkələrin, xüsusən də Rusiya ilə həmsərhəd olan ölkələrin sanksiyalar məsələsində vahid mövqeyə malik olmasını vacib hesab edir. Daha əvvəl Litva, Latviya və Estoniya Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa qoyub.

ŞƏRH YAZ
4