Marneulidə qorxunc avtomobil qəzası baş verib - FOTO
Marneuli rayonunun da avtomobil qəzası meydana gəlib.
Aktual.ge hadisə yerindən verdiyi xəbərə görə, qəza Marneuli rayonunun XXX küçəsində qeydə alınıb.
"Momavali" uşaq baxçasının mikroavtobusu dönmə əməliyyatını həyata keçirərkən "Vaz2106" minik avtomobil sükan olan hissəsindən çırpılıb. Xoşbəxtlikdən kimsə xəsarət almayıb və uşaq baxçası xidməti mikroavtobusunda sagirdlər yox imiş. Yol-nəqliyyat hadisəsi nəticəsində ancaq minik avtomobilin qabağ hissəsi yararsız hala düşüb, mikroavtobusun sol hissəsinə isə yüngül ziyan dəyib.
Hadisə yerinə polis patrul cəlb olunub.
Faktla əlaqədar araşdırma aparılır.