Şovidə baş vermiş təbii fəlakət nəticəsində həlak olanların ailələrinə 20 min lari veriləcək
16.09.2023 21:10
363
Hadisə
A
Şovidə baş vermiş təbii fəlakət nəticəsində həlak olanların ailələrinə 20 min lari veriləcək

Hökumət Şovi və Quriyada həlak olanların hər birinin ailəsinə 20 min lari verəcək

Aktual.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

“Şovidə bu böyük faciədə  32 vətəndaşımız həlak olub. Bununla bağlı müzakirə apardıq və qərara gəldik ki, ölənlərin ailələrinə hər mərhuma görə 20 min lari məbləğində birdəfəlik pul yardımı edək. Qeyd edim ki, Quriyada bir çox həmvətənlərimizin evinə ziyan dəyib, çoxları dağılıb, o evlərdə yaşamaq və ya qalmaq mümkün deyilsə, bu ailələrə ya yeni ev veriləcək, ya alacağıq ya da biz pul köçürəcəyik və onların özləri alacaqlar"- deyə baş nazir bildirib

ŞƏRH YAZ
3