Tbilisidə
16.09.2023 23:32
552
Mədəniyyət
A
Tbilisidə "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dünyada tanıdılmasının əhəmiyyəti" mövzusunda dəyirmi masa keçirilib

Sentyabrın 16-da Tbilisidə "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dünyada tanıdılmasının əhəmiyyəti " mövzusunda dəyirmi masa keçirilib. 

Aktual.ge məlumat verir ki, tədbir "Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin" təşəbbüsü, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşıb. 

Azərbaycanın Gürcüstandakı Səfirliyi, AZƏRTAC və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də tədbirin keçirilməsinə təşkilati dəstək göstəriblər. Tədbir çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mizeyində Qərbi Azərbaycandan deportasiya olunmuş insanların üzləşdikləri problemlər, başlarına gələn müsibətlər əks etdirən fotolardan ibarət sərgi açılıb. 

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq Qərbi Azərbaycana Qayıdış Kosepsiyası ilə bağlı məlumat verib. 

Sonra AZƏRTAC-ın Gürcüstan üzrə müxbiri Xətayi Əzizov Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyəti, bu konsepsiya ilə bağlı həyata keçirilən layihələr barədə danışıb.

Azərbaycan səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən xarici ölkələrdə yaşayan soydaşlarımızın inteqrasiyası, o cümlədən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyəti barədə danışıb. Bildirib ki, bu konsepsiya Qərbi Azərbaycanlılarla bağlı məlumat bazasının yaradılması, dünya ictimaiyyətinin məlumatlandırəlması və ən nəhayət Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıtması üçün geniş imkanlar yaradır. 

Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin nümayəndəsi, "Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının xarici mediada təbliği" layihəsinin rəhbəri Pərvin Məmmədova layihə barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində bir müddət öncə bir neçə xarici ölkənin nüfuzlu media nümayəndəsi Azərbaycana dəvət olunub və onlara Konsepsiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, bir çox xarici mediada silsilə materiallar dərc olunub. Layihənin Gürcüstanda keçirilməsinin məqsədi bizə dost və qardaş ölkədə yaşayan soydaşlarımızın da məlumatlandırılmasına və eyni zamanda buradakı qərbi azərbaycanlıların da bu konsepsiya ətrafında sıx birləşmələrinə nail olmaqdır. 

Qərbi Azərbaycanın Ağbabalı mahalından deportasiya olunmuş və hazırda Marneuli rayonunun Şulaver kəndində yaşayan Tahir Ələkbərov tədbirin təşkilinə görə minnətdarlıq edib. Bildirib ki, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbə və bu gün məcburi köçkünlərin öz yurdlarına qayıtması bu ümidi daha da artırır. O, layihənin həyata keçirilməsini yüksək qiymətləndirib və azərbaycanlıların bu konsepsiya ətrafında sıx birləşəcəklərini bildirib. 

Sonra Parlamentin sabiq deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Qərbi Azərbaycandan olan soydaşımız Fərhad Musayev, AzTv-nin Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğlu, hüquqşünas Mübariz Qarayev və başqaları çıxış edərək layihə barədə fikirlərini bölüşüblər. 

ŞƏRH YAZ
0