Ramilia Əliyeva:
17.09.2023 01:00
2208
Siyasət
A
Ramilia Əliyeva: "Onlar azərbaycanlı olduğum üçün istefamı tələb edir, qəti şəkildə istefa verməyəcəm"

"Cəmiyyətin bir qrupu ifrat zorakılıq kampaniyasını yenidən həyata keçirib, buna dözmək qeyri-mümkündür, adıçəkilən qrup terrorla məşğul olur və etnik mənsubiyyətimə görə şəxsən məni diskreditasiya edir".

Aktual.ge xəbər verir ki, bunu İctimai Yayımçının 'Rəngarəng Gürcüstan' qrupunun rəhbəri, jurnalist Ramilia Əliyeva sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bir neçə ay əvvəl ona və əməkdaşlarına qarşı etnik zəmində terror kampaniyası başlayıb və hələ də davam edir.

“2017-ci ildə İctimai Yayımçı da layihə başladı və mən şəxsən Gürcüstanın etnik azərbaycanlı və erməni gənclərini topladım, azərbaycanlı və ermənidilli əhalinin maarifləndirilməsi üçün işləyəcək bir qrup yaratdıq - Ölkədə və dünyada baş verən xəbərləri hazırlayıb, tərcümə edərək Gürcüstanda Azərbaycan və erməni dillərində yayımladıq, fəaliyyətimiz bu istiqamətdə davam edir.

Qonşu ölkələrdə davam edən münaqişə fonunda Gürcüstanda yaşayan azərbaycanlılarla ermənilər arasında müəyyən gərginliyin olduğu heç kimə sirr deyil.

Ona görə də bu gənc jurnalistlərin hər cür kənar təzyiq və zorakılıqdan xilas olacağı, eyni ölkənin vətəndaşları kimi bir-biri ilə normal işgüzar və mehriban münasibət quracağı bir məkan yaratmaq mənim və bu ideyanın tərəfdarları üçün çox vacibdir.

Beləliklə, bir otaqda işləməyə başladıq və bu günə qədərdə davam edirik.

Bunu da qeyd edim ki, azərbaycanlı və erməni gənclərinin birgə işləməsi və yaşaması ideyası hamı üçün məqbul deyildi və jurnalistlər azərbaycanlılarla və ermənilərlə birgə işləməyə cəsarət etdiklərinə görə hər iki icmanın nümayəndələri tərəfindən böyük təzyiqlərə məruz qalıblar. Bunu da qeyd edim ki, bəziləri bu təzyiqə tab gətirə bilməyib, işdən ayrıldılar. Amma bu gün Gürcüstanın vicdanlı vətəndaşları olan, dünyagörüşü ölkədə və bütövlükdə regionda sülhün bərqərar olmasını nəzərdə tutan insanlar bu komandada qalıblar.

Müvafiq qrup terrorla məşğul olur və etnik zəmində şəxsən məni gözdən salır! Onlar Gürcüstan vətəndaşlarını etnik, dini, mənşəyinə görə seçib, açıq şəkildə aralarında münaqişə salmağa çalışırlar. Onlar bizi birbaşa hədələyirlər ki, etnik ermənilərlə azərbaycanlılar bundan sonra da birgə fəaliyyət göstərməsinlər.

Mən də bu qrupun üzvlərinə müraciət edib birbaşa deyirəm ki, mən istefaya getməyəcəyəm və indiyə qədər gördüyüm, inandığım işləri görməyə davam edəcəyəm. Çünki onlardan fərqli olaraq Gürcüstan mənim vətənimdir, mən Gürcüstanı sevirəm! Mən həmvətənlərimi, iş yoldaşlarımı, dostlarımı etnik mənsubiyyətinə, dini mənsubiyyətinə görə bölmürəm və adıçəkilən qüvvələrin belə ehtiyatla cəhd göstərdiyi Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında münaqişənin baş verməməsi üçün hər şeyi edirəm.

Mən də Gürcüstanın Daxili İşlər Nazirliyinə, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə, Gürcüstanın Baş Prokurorluğuna müraciət edirəm ki, adıçəkilən təşkilata və onun sədrinə qarşı müvafiq tədbirlər görsünlər və istintaqa başlasınlar, çünki mən və mənim əməkdaşlarım real təhlükə altındadır. Öz ölkəmizdə etnik mənşəyimizə görə işləməyimiz qadağan edilir və təhdid edilir.

Bu qrupun tələbinə gəlincə, belə çıxır ki, mən əslən azərbaycanlı olduğum üçün istefa verməliyəm - qəti şəkildə bildirirəm ki, istefa verməyəcəm! Konkret bəyan edirəm ki, mən istefa verməyəcəyəm. Bir insanın etnik mənşəyinə görə vəzifədən uzaqlaşdırılması Avropa qanunvericiliyinə ziddir.

Mən etnik olaraq azərbaycanlıyam, müsəlmanam, qadınam, Gürcüstan vətəndaşıyam, nə qədər ki, sağam, belə olacam və heç bir təhdid məni bundan imtina etməyə məcbur edə bilməz!”, - Ramilia Əliyeva qeyd edib.

Qeyd edək ki, Gürcüstanın Erməni İcması təşkilatı İctimai Yayımçı telekanalı rəhbərinin  Şuşa şəhərinə səfər etməsinə etiraz edir. Sözügedən qrup Birinci Kanalın "Rəngarəng Gürcüstan" layihəsinə jurnalist Ramiliya Əliyevanın rəhbərlik etməsinə etiraz edir və 17 sentyabr televiziyanın qarşısında onun istefası tələbi ilə aksiya keçirəcəkləri bildiriblər.

ŞƏRH YAZ
1