
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Aktual.ge xəbər verir ki, görüş Nyu-Yorkda yerləşən Türk Evində baş tutub.
Hökumət Administrasiyasının mətbuat xidməti liderlərin görüşü ilə bağlı yaydığı məlumatda deyilir:
"BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilən görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilib, o cümlədən iki ölkənin strateji tərəfdaşlığının nəticələri nəzərdən keçirilib və gələcək əməkdaşlığın yeni perspektivləri müəyyən edilib. İrakli Qaribaşvili deyib ki, Gürcüstan və Türkiyə əməkdaşlıqda mühüm irəliləyiş əldə edib və bu, həm iqtisadi, həm də siyasi sahədə də özünü büruzə verib. Hər iki ölkəyə daha çox iqtisadi müstəqillik, təhlükəsizlik və möhkəmlik arzulayıb. Tərəflər regiondakı təhlükəsizlik mühitini də müzakirə ediblər. İrakli Qaribaşvili məsələlərin sülh yolu ilə həllini vurğulayıb. Danışıqlar yolu ilə nizamlanmanın vacibliyi də vurğulanıb.
Hökumət başçısı Gürcüstanın suverenliyi, ərazi bütövlüyü, eləcə də Avropa və Şimali Atlantika inteqrasiyasına verdiyi güclü dəstəyə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib .