
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Tbilisidə yerləşən Suxumi Dövlət Univeristetində Türkologiya fakultəsi sinifini tam bərpa edib.
Aktual.ge xəbər verir ki, Türkiyə Dövləti tərəfindən tam bərpa oluan Türkologiya sinif otağının açılış mərasiminə TİKA-nın vitse-spikeri Dr. Ümit Naci Yorulmaz, Mərkəzi Asiya və Qafqaz Departamentinin rəhbəri Dr. Ali Özgün Öztürk, Türkiyənin Gürcüstan səfiri Ali Kaan Orbay, TİKA Tbilisi Koordinatoru Tuba Özütok, Suxumi Dövlət Univeristetinin rektoru Zurab Xonelidze və gənclər iştirak edib.
Gürcüstan və Türkiyə dövlət himnin səsləndirilməsinin ardı ilə açılış mərasimində çıxış edən Suxumi Dövlət Univeristetinin rektoru Zurab Xonelidze ali təhsil ocağında Türkologiya sinifinin tam təchizatla bərpa edilməsinə görə Türkiyə Respublikasına təşəkkür edib.
TİKA-nın vitse-spikeri Dr. Ümit Naci Yorulmaz çıxışında çıxışında bildirib ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Gürcüstanda humanitar sahələr başta olmaqla, səhiyyə, kənd təsərrüfatı, infrastruktur layihələr həyata keçirməklə yanaşı təhsil kimi layihələrə xüsusi üstünlük verir.
Türkiyənin Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Ali Kaan Orbay isə qeyd edib ki, bu kimi alyihələr Türkiyə-Gürcüstan münasibətlərinin hər keçən günün inkişaf etdiyinin bariz nümunəsidir.
Daha ətraflı TİKA-nın vitse-spikeri Dr. Ümit Naci Yorulmazın AktualTv-yə verdiyi xüsusi müsahibəni təqdim edirik: