Spiker: Zurabişvilinin impiçmenti üçün lazım olan sayda səs toplanmayacaq
18.09.2023 19:41
211
Siyasət
A
Spiker: Zurabişvilinin impiçmenti üçün lazım olan sayda səs toplanmayacaq

Gürcüstan Prezidenti Salome Zurabişvili vəzifə səlahiyyətlərini aşıb və konstitusiyanı pozub.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Prezidentin İsveçrəyə səfərini təsadüfən onun "Instagram" hesabındakı paylaşımından öyrənib.

Əlavə edib ki, həm Prezident, həm də müxalifət dövlət başçısının hökumətin icazəsi olmadan xaricə səfər edərək ölkə konstitusiyanı pozduğunu inkar etmir.

Spiker Konstitusiya Məhkəməsinin hazırda məsələyə baxdığını, Prezidentin Almaniya və Brüssel səfərlərinə dair faktların Konstitusiyanın açıq şəkildə pozulduğunu göstərdiyini deyib.

Şalva Papuaşvili Salome Zurabişvilinin hökumətin Avropaya inteqrasiya mövqeyini zəiflətdiyini, Aİ-nin Gürcüstana status verməkdən imtina etməsinə əsas yaratdığını vurğulayıb.

Spiker Parlamentdə keçiriləcək səsvermədə Prezidentin impiçmenti üçün lazım olan sayda səs toplanmayacağına, müxalifətin konstitusiyanı pozan Prezidenti hakimiyyətdə saxlayacağına əmin olduğunu deyib.

ŞƏRH YAZ
5