Tbilisidə “Era Teatrı”nın növbəti premyerası baş tutdu
18.09.2023 21:25
722
Mədəniyyət
A
Tbilisidə “Era Teatrı”nın növbəti premyerası baş tutdu

17 sentyabrda Tbilisidəki Xorava adına Aktyorlar evində “Era Teatrı”nın növbəti premyerası baş tutdu.

Aktual.ge xəbər verir ki,“İçimdəki həbsxana” adlı tamaşa izləyicilər arasında böyük marağa səbəb olub və tamaşanın bütün biletləri satılıb.

Xatırladaq ki, psixoloji dram janrında yazılmış əsərin müəllifi və tamaşanın quruluşçu rejissoru Anar Rafiqoğlu idi. Tamaşada rolları aktyorlarımızdan Elnur Vəlizadə, Əli İlqaroğlu, Gül Cəfərova, Məryəm Əliyeva və İdris Elnuroğlu ifa edirdilər.

"İçimizdəki səs" tamaşasının rejissoru Anar Rafiqoğlu, tamaşanın maddi və texniki çətinliklərlə hazırlandığını, bütün işlərin təmənnasız fəaliyyət göstərən gənclərin yardımı ilə görüldüyünü deyib. Həmçinin  teatr qrupunun məkanı olmadığından məşqlər son günədək aktyorların evlərində, iş yerlərində, eləcə də parklarda baş tutduğunu bildirib.

 

ŞƏRH YAZ
2