Kateqoriyalar
Prezidentin impiçmenti ilə bağlı Konstitusiya Şurasının Plenumu təqdimatlara baxmağa başlayıb.
Aktual.ge xəbər verir ki, Gürcüstan parlamentinin üzvləri İrakli Kobaxidze, Şalva Papuaşvili, Mamuka Mdinaradze və digərləri ,ümumilikdə 80 deputat Gürcüstan prezidentinin impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediblər.
Konstitusiya Məhkəməsi prezidentin Konstitusiyanı pozduğunu təsdiq edərsə, Salome Zurabişvilinin vəzifədən çıxarılması üçün 100 deputatın səsi lazımdır, “Gürcü arzusu”nun isə parlamentdə cəmi 84 üzvü var. Müxalifət prezidentin impiçmentini dəstəkləməyəcəyini bəyan edir.