Qarşıdakı günlərdə Rustavi, Bolnisi, Marneuli və Qardabanidə olacaq hava şəraiti açıqlandı - RƏSMİ
18.09.2023 23:42
1473
Maraqlı
A
Qarşıdakı günlərdə Rustavi, Bolnisi, Marneuli və Qardabanidə olacaq hava şəraiti açıqlandı - RƏSMİ

Sentyabrın 20-ə qədər Gürcüstanın bəzi rayonlarında, o cümlədən Tbilisidə yağış və dolu yağacağı, ölkənin qərbində isə yağmursuz hava şəraiti gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Bildirilib ki, sentyabrın 19-20-də Qərbi Gürcüstanda hava yağmursuz keçəcək, havanın temperaturu +25, +30 dərəcəyə yüksələcək. Sentyabrın 19-da Şərqi Gürcüstanın bəzi yerlərində yağış yağacağı, dolu düşəcəyi, sentyabrın 20-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir.

Paytaxt Tbilisidə sentyabrın 19-da yağış yağacağı, sentyabrın 20-də isə havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): sentyabrın 18-də qısamüddətli yağış yağacağı, sentyabrın 19-20-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvalidə sentyabrın 19-u yağış yağacağı, 20-də isə havanın isti və yağmursuz keçəcəyi, temperaturun gün ərzində +23, +25 dərəcə isti təşkil edəcəyi bildirilib.

ŞƏRH YAZ
1