Xocavənddə yük avtomobili minaya düşüb
19.09.2023 10:54
247
Hadisə
A
Xocavənddə yük avtomobili minaya düşüb

Sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində yük avtomobilinin tank əleyhinə minaya düşməsi nəticəsində iki mülki şəxs həlak olub.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.

Məlumatda minanın sülhməramlıların yerləşdiyi ərazidə fəaliyyət göstərən erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırıldığı iddia olunur.

 

Məsələyə, hələlik, Rusiya Sülhməramlı Kontingentinin rəhbərliyinin və Qarabağda tanınmayan qurumun təmsilçilərinin münasibəti bəlli deyil.

 

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 50-dan çox vətəndaşı minaya düşərək həlak olub, 200-dən çox şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan xəritələri Azərbaycana veriblər.

ŞƏRH YAZ
5