Kateqoriyalar
Xarici İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 18-də Gürcüstan və Peru Respublikası arasında vizasız gediş-gəliş rejimi haqqında saziş imzalanıb.
Nazir İlia Darçiaşvili BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində həmkarı ilə görüşüb. Agentlik bildirir ki, tərəflər əməkdaşlığın cari məsələlərini və gələcək perspektivləri müzakirə ediblər.
“Yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin və siyasi, ticarət-iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Gürcüstanla 70-dən çox ölkə arasında vizasız gediş-gəlişi rejimi mövcuddur.