21.09.2023 23:46
1971
Kriminal
A
"Lotu Quli"nin bacısı oğlunun maşını gülləbaran edilib, yaralılar var - FOTO

2020-ci ildə Türkiyədə qətlə yetirilmiş, əslən Dmanisinin Məmişli kəndindən olan "Qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) bacısı oğlunun avtomobili güləbaran edilib.

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə 19 sentyabr tarixində İstanbulun Beylikdüzü rayonunda baş verib. Nadir Səlifovun bacısı oğlu Maqamed Qurbanov,  təqaüdçü polislər Yılmaz Dəmir, Mehmet Acermenin olduğu avtomobil təqib edilib. Bir müddət sonra naməlum şəxslər maşına yaxınlaşaraq dəfələrlə odlu silahla atəş açmağa başlayıblar. 19 güllə dəymiş nəqliyyat vasitəsi yol nişanı dirəyinə çırpılaraq dayanıb.

Avtomobildə olan təqaüdçü polis Yılmaz Dəmir həyatını itirib. Maqamed Qurbanov, Mehmet Acermen və digərləri isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası cəlb olunub. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

ŞƏRH YAZ
8