Bakı küçəsində yolun çökən hissəsində bərpa işlərinə başlanılıb
22.09.2023 13:02
521
Hadisə
A
Bakı küçəsində yolun çökən hissəsində bərpa işlərinə başlanılıb

Marneuli Bələdiyyəsinin Bakı küçəsində yolun çökən hissəsində bərpa işləri aparılır.

Aktual.ge xəbər verir ki, su borusunun dağılması zamanı yolun çökən hissəsinin bərpası üçün işlərə başlanıldığı öyrənilib.

Qeyd edək ki, üç gün bundan əvvəl Marneuli Bələdiyyəsinin Bakı küçəsində su borusu dağılıb, bu səbəblə yol çöküb. Sözügedən məsələ ilə bağlı dünən Bakı küçəsinin sakinləri etiraz aksiyası keçirdilər.

Məsələdən xəbərdar olan Aidiyyəti qurumların əməkdaşları həmin əraziyə gedərək araşdırmalar aparıblar. Daha sonra isə yol-istismar sahəsinin işçi qüvvəsi bərpa işlərinə cəlb olunub.

ŞƏRH YAZ
7