Sentyabrın 22-24-də istilər fonunda Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağa bilər.
Aktual.ge məlumat verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən bildirilib.
Bildirilib ki, Tbilisidə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.
Sahil rayonlarında Batumi, Kobuleti, Anaklia və Potidə sentyabrın 22-23-də havanın isti və yağmursuz keçəcəyi, sentyabrın 24-də isə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gün ərzində +26, +28 dərəcə isti olacağı gözlənilir.
Məlumata əsasən, 22-24 sentyabr tarixlərində Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalidə qısamüddətli yağış yağa bilər, gün ərzində isə havanın temperaturu +24, +26 dərəcə təşkil edəcək.