Ukraynaya ən çox hərbi yardım göndərən ölkələr açıqlanıb - SİYAHI
23.09.2023 14:47
439
Dünya
A
Ukraynaya ən çox hərbi yardım göndərən ölkələr açıqlanıb - SİYAHI

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin davam edən hərbi əməliyyatlarının dəstəklənməsi üçün əlavə hərbi yardımlar axtarışındadır.

Aktual.ge BBC-yə istinadən xəbər verir ki, Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutu 2023-cü ilin avqustunadək Kiyevə ən çox hərbi yardım göstərmiş ölkələri açıqlayıb. Statistikaya əsasən avqustadək Ukraynaya 46,6 milyard dollar dəyərində hərbi yardımlar etmiş ABŞ siyahıya liderlik edir. Ümumilikdə Ukraynaya ən çox hərbi yardım tədarük edən ölkələrin onluğu aşağıdakı kimidir:

ABŞ – 46,6 milyard dollar

Almaniya – 18,9 milyard dollar

Böyük Britaniya – 7,3 milyard dollar

Norveç – 4,1 milyard dollar

Danimarka - 3,9 milyard dollar

Polşa - 3,3 milyard dollar

Niderland – 2,7 milyard dollar

Kanada – 1,8 milyard dollar

İsveç – 1,6 milyard dollar

Finlandiya – 1,4 milyard dollar

ŞƏRH YAZ
2