Bolnisidəki qanlı hadisənin ilk təfərrüatları məlum oldu
26.09.2023 16:06
992
Kriminal
A
Bolnisidəki qanlı hadisənin ilk təfərrüatları məlum oldu

Bolnisidə xanımını öldürüb, qızını yaralayan şəxs özünə də xəsarət yetirib.

Aktual.ge xəbər verir ki, o, hazırda klinikaya yerləşdirilib və müalicəsi davam edir.

Əldə edilən məlumata görə, orta yaşlı kişinin vəziyyəti ağırdır. Soyuq silahla yaraladığı 15 yaşlı qızının da vəziyyəti ağır olaraq qalmaqdadır.

Ailənin digər övladı isə polisdə dindirilir. İddia olunur ki, hadisə qısqançlıq zəmnində 26 sentyabr gecə gec saatlarında baş verib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 109 və 118-ci qəsdən adam öldürmə və qəsdən sağlamlığa az ağır xəsarət yetirmə maddələri ilə istintaq başlanıb.

 

ŞƏRH YAZ
3