Kateqoriyalar
Latviya kütləvi miqrant axını olarsa, Rusiya və Belarusla sərhədi tamamilə bağlamağa hazırdır.
Aktual.ge xəbər verir ki, bu barədə ölkə Prezidenti Edqar Rinkeviç Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşündə deyib.
Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Latviyada səfərdədir. Səfəri çərçivəsində Latviya lideri və bir sıra yüksək vəzifəli rəsmilərlə görüşlər təşkil olunub.