
Kateqoriyalar
“Azərbaycan dövləti hər il Gürcüstanda 1800-ə yaxın tələbənin təhsil haqqını ödəyib”.
Aktual.ge verir ki, bunu Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev Tbilisidə şəhid ailələri ilə keçirdiyi görüşdə bildirib.
Diplomat xatırladıb ki, Azərbaycan Gürcüstanda sosial layihələrin icrasına 70 milyon ABŞ dolları ayırıb:
"Bütün təşkilatlar, eləcə də Heydər Əliyev Fondu sosial layihələr icra edir. Bütün görülən işlər Gürcüstanda yaşayan soydaşlarımızın sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirilir. Hər zaman şəhid ailələrinə dəstək oluruq. Şəhidlərimizin adının əbədiləşdirilməsi üçün bulaqlar tikilir. "Ölümsüzlər" kitabı dərc olunub, sənədli filmlər çəkilir. Bu işlər davam etdiriləcək".