
Kateqoriyalar
Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində 2 ev qarət olunub.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə 28 sentyabr gecə saatlarında baş verib.
Belə ki, naməlum şəxslər yan-yana olan 2 evi qarət ediblər. Evlərdən 5 min lariyə qədər pul, qızıl, telefon və dəyərli əşyalar aparıblar.
Hadisə ilə bağlı hələ ki, saxlanılan olmayıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin araşdırması davam edir.