Qarşıdakı günlərdə Rustavi, Bolnisi, Marneuli və Qardabanidə olacaq hava şəraiti açıqlandı - RƏSMİ
29.09.2023 14:16
1023
Maraqlı
A
Qarşıdakı günlərdə Rustavi, Bolnisi, Marneuli və Qardabanidə olacaq hava şəraiti açıqlandı - RƏSMİ

Oktyabrın 2-dək Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, 2 oktyabradək Tbilisidə qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

Sahil rayonlarında - Batumi, Kobuleti, Anakliya və Potinin bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturunun gün ərzində +26, +28 dərəcə isti olacağı gözlənilir.

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalinin bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturunun gün ərzində +25, +27 dərəcə isti olacağı gözlənilir.

ŞƏRH YAZ
3