2024-cü ilin ümumi büdcəsi 27 milyard 800 milyon lari olacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin iclasında bəyan edib.
Deyib ki, gələn ilin büdcəsində iqtisadiyyatın 5,2% artımı nəzərdə tutulub.
“2024-cü ilin büdcəsi kifayət qədər konservativ yanaşma ilə planlaşdırılıb. Biz iqtisadiyyatın 5,2% artımına sərmayə qoymuşuq. Ortamüddətli perspektivdə real iqtisadi artım proqnozu 5% təşkil edir. Orta inflyasiya proqnozu hədəf indeks daxilindədir və 2,8% təşkil edir. Nominal ÜDM proqnozu 85 milyard 370 milyon laridir, təbii ki, bu, çox böyük irəliləyişdir. 2012-ci ildə biz hökumətə gələndə büdcə 8,5 milyard lari idi, ÜDM isə 27 milyard lari. Son 12 ildə demək olar ki, üç dəfə artaraq ÜDM 85 milyarddan çox olub. Bu o deməkdir ki, adambaşına 8 600 dollar təşkil edir. Bu il 8 100 dollardır. Bu ilin büdcəsi də kifayət qədər iddialı idi. Həmçinin, bizim proqnozumuza görə, 2027-ci ilə qədər ÜDM 108 milyard lariyə çatacaq ki, bu da onun adambaşına demək olar ki, 11 min dollara çatması deməkdir.
2012-ci ildə büdcə 8,5 milyard lari idi, 2024-cü ildə birləşmiş büdcə 27 milyard 800 milyon lari olacaq. Bu, üçqatdır, bu, əlbəttə ki, çox sevindiricidir. Kəsirə gəlincə, bizim hesablamalarımıza görə, bu, 2,5%, hökumətin borcu isə 2024-cü ildə ÜDM-in 38,2%-i olacaq”, - hökumət başçısı qeyd edib.