
"Mənim üçün Salome Zurabişvili Bidzina İvanişvilinin davamıdır. Düşünürəm ki, onun etdiyi hər şey tam uydurmadır. Buna baxmayaraq, nümayəndəliyimiz prezidentlə görüşlərdə iştirak edir".
Aktual.ge xəbər verir ki, bu sözləri müxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Levan Xabeişvili söyləyib.
Müxalif liderin sözlərinə görə, Salome Zurabişvilinin ixtiyarında olan vasitədən istifadə edib, ölkənin keçmiş prezidenti Mixail Saakaşvilini əfv etməyənə qədər onun müstəqilliyinə inanmır.
"Bidzina İvanişvili bir əli ilə Rusiya partiyasını istədiyi kimi aktivləşdirir, digər tərəfdən Salome Zurabişvili ona zərər verə biləcək heç bir iş görmür. Bu, prezident Saakaşvilinin əsirlikdə olmasının, Partsxaladzenin vətəndaşlığını saxlamasının əyani təsdiqidir. Ona görə də biz hər dəfə Salome Zurabişvilinin Bidzina İvanişvili ilə tamamilə bağlı olduğunu görürük. Ona görədə məndə bu adamın müstəqil olduğu təəssüratı yoxdur" , - deyib Levan Xabeişvili.