Kateqoriyalar
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabarov ilə görüşüb.
Bu barədə Aktual.ge xəbər portalına Hökumət Administrasiyasının Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud strateji əlaqələr və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Söhbət zamanı Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub.
Qeyd edək ki, bundan əvvəl də azərbaycanlı nazir İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili ilə bir araya gəlib.