Təcrübəçilərin minimum əmək haqqı 400-500 lari müəyyən edilə bilər
29.09.2023 19:09
448
Siyasət
A
Təcrübəçilərin minimum əmək haqqı 400-500 lari müəyyən edilə bilər

Təcrübəçilərin minimum əmək haqqı 400-500 lari müəyyən edilə bilər 

Aktual.ge xəbər verir ki,  “Dövlət qulluğu haqqında” qanuna nəzərdə tutulan dəyişiklik dövlət müəssisələrində ödənişli staj imkanı yaradacaq.

“Gürcü arzusu” fraksiyasının qanunvericilik təşəbbüsü olan qanunlayihəsi bu gün Maliyyə və Büdcə Komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinin təşəbbüskarlarından biri, Təhsil və Elm Komitəsinin sədri Qivi Mikanadzenin sözlərinə görə, təcrübəçilərin dövlət qurumlarının gündəlik fəaliyyətində rolu, eləcə də təşkilati idarəetmə proseslərinə cəlb olunması diqqətəlayiqdir. Müvafiq olaraq, onların əməyinin ödənilməsi imkanlarının hüquqi müstəvidə tənzimlənməsi vacibdir.

“Söhbət 400-500 laridən gedir, baxmayaraq ki, çatışmayan peşələrlə bağlı qeyd-şərtimiz var ki, agentliyin buna imkanı varsa, daha yüksək əmsalla mükafat təyin etməlidir. Bu halda söhbət 1000 laridən gedir”, - Qivi Mikanadze bildirib.

Nəzərinizə çatdıraq ki, komitə qanun layihəsini dəstəkləyib.

ŞƏRH YAZ
4