Gələn il Təhsil Nazirliyinin büdcəsi 470 milyon lari artacaq
30.09.2023 18:49
259
Siyasət
A
Gələn il Təhsil Nazirliyinin büdcəsi 470 milyon lari artacaq

2024-cü ildə Təhsil Nazirliyinin büdcəsi 470 milyon lari artacaq.

Aktual.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Dövlət məktəblərinin bərpası/tikintisi üçün 350 milyon lari, uşaq bağçalarının bərpası/tikintisi üçün 225 milyon lari ayrılıb.

Xatırladaq ki, Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə Gürcüstan miqyasında 885 uşaq bağçasının tikintisi və bərpası həyata keçiriləcək. Sözügedən proqram çərçivəsində cari il Kvemo Kartli regionunda 15 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə və 8 uşaq bağçasının bərpasına başlanacaq.

ŞƏRH YAZ
2