Yanvar-iyun aylarında Gürcüstana gələn ziyarətçilərin hər 5-dən biri Rusiya vətəndaşıdır, onların bir hissəsi Gürcüstanda yaşamaq üçün qalıb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı “Beynəlxalq Şəffaflıq - Gürcüstan” təşkilatı yayıb.
"2023-cü ilin yanvar-iyun aylarında Rusiyadan 578,000 ziyarətçi gəlib ki, bu da 2022-ci ilin yanvar-iyun göstəricisindən 2 dəfə çoxdur.Rus ziyarətçilərin bəziləri real mühacirdir və Gürcüstanda uzun müddətlik məskunlaşıblar. Milli Statistika Xidmətinin məlumatına görə, təkcə 2022-ci ildə Gürcüstanda 62 300 Rusiya vətəndaşı qalıb".- hesabatda deyilir.
Qeyd edək ki, rus miqrantların Gürcüstanda məskunlaşması pul köçürmələrinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 2023-cü ilin 6 ayında Rusiyadan Gürcüstana pul köçürmələri 50% artaraq 1 milyard dollar təşkil edib