Azərbaycanda şəhid olan Məhərrəmovun ailəsinə ziyarət edildi - FOTO
10.10.2020 01:12
447
Hadisə
A
Azərbaycanda şəhid olan Məhərrəmovun ailəsinə ziyarət edildi - FOTO
Əslən Kvemo Kartli bölgəsinin Marneuli rayonunun Qaçağan kəndindən olan şəhid Məhərrəmov Orxan Binnət oglunun ailəsi ziyarət edildi. Aktual.ge xəbər verir ki, şəhid ailəsini Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Rafiq Hümmət, Ataholdinqin Gürcüstan təmsilcisi Məhəbbət İmanov, ictima fəal Hacı Anar Nurmamedov, yazar Akif Xansultanlı və digər bir qrup gənc ziyarət edib. Ziyarət edənlər şəhidin Qaçağan kəndində yaşayan nənəsinə və babasına baş sağlığı diləyib, təsəlli veriblər. Qeyd edək ki, Orxan Məhərrəmov Azərbaycanın Sumqayıt şəhərində yaşayırdı. Orxan hərbi xidmətini bir müddət əvvəl başa çatdırsada, başlayan son döyüşlərdə o, yenidən könüllü olaraq hərbi xidmətə gedib. Qəhramancasına vuruşan Orxan 8 oktyabr tarixində Fizulidə şəhid olub.
ŞƏRH YAZ
2