
Xəbər verdiyimiz kimi, 3 sentyabr gecə saat 03:00 radələrində Marneulinin Rustaveli küçəsində yerləşən bir sıra şaurma kafelərə hücum olub.
Aktual.ge xəbər verir ki, 4 nəfər 14-15 yaşındakı qızlar gecə saatlarında "Oto's Shawarma", "Vip Shawarma"ya basqın edib, ilk daxil olduqları kafedən telefon, pul götürüblər və içəcəkləri - pepsi, ayranları açıb töküblər, "Vip Shawarma"da da eyni hadisəni edən yeniyetmələr, "Alqeti Shawarma" kafedə buna nail ola bilməyiblər, dəfələrlə qapını texniki üsullarla açmağa çalışsalar da, müvəffəq ola bilməyiblər və daş ataraq qapını zədələyiblər.
Hadisə yerinə gələn patrul polis və kriminal polis yerindəcə azyaşlı qızları yaxalayıb.
Məlumatlara görə, azyaşlı qızların üzərindən narkotik maddə - "Çətənə" aşkarlanıb. Yerli sakinlərin dediyinə görə, yeniyetmə qızlar narkotikin təsiri altında müvafiq hadisəni törədiblər.