Haci Hacıyev Qarabağ müharibəsi barədə -  “30 ildir ki, bu xalq səbr edir, lakin aparılan danışıqların heç bir nəticəsi olmayıb”
10.10.2020 18:13
300
Mədəniyyət
A
Haci Hacıyev Qarabağ müharibəsi barədə - “30 ildir ki, bu xalq səbr edir, lakin aparılan danışıqların heç bir nəticəsi olmayıb”
“ Biz 30 il ərzində gördük ki, beynəlxalq təşkilatlar bu işin həlli yolunda heç bir ciddi addım atmadılar. Bu gün də Azərbaycan haqlı olduğu halda beynəlxalq təşkilatlar bu məsələlərin qarşısında bitərəf yaxud səssiz qalırlar”. Bu sözləri bu gün Marneulidə “ Qarabağ Azərbaycanındır” adı altında keçirilən dəstək aksiyasındakı çıxışı zamanı Hz.İmam Əli (ə.s) Məscidinin axundu və Marneuli imamcümələrindən biri Hacı Hacıyev söyləyib. Sonda Qarabağ şəhidlərinin ruhuna Quran ayələri tilavət edən Hacı Hacıyev öz çıxışında belə qeyd edib: “İlk növbədə mən Qurani- Kərimin bir ayəsinə işarə etmək istəyirəm. Allah Qurani-Kərimdə buyurur ki, Allah yolunda din yolunda, vətən ,torpaq, əqidə yolunda ölmək ölüm hesab olunmur, bu şəhadətdir. Yəni islam insana ən böyük dəyəri verir. Quran buyurur ki, Allah yolunda din yolunda, vətən ,torpaq, əqidə yolunda imanının yolunda ölən ölü hesab olunmaz, o insan şəhid sayılar. İslam şəhadətə ən yüksək dəyər verən dindir. Yəni şəhadət kamillik zirvəsidir, şəhadət Allaha qovuşmaqdır, şəhadət ən uca məqamdır. Allah bütün şəhidlərə rəhmət eləsin, onları islam şəhitləri ilə məşğul eləsin. Allah şəhidlərimizin ailələrinə, analarına, bacılarına, həyat yoldaşlarına səbr kəlamət etsin. Allah bizə də o şəhidlərin yolunu getməyi nəsib etsin. Əziz və hörmətli xalqımız, bizim bu gün bu aksiyanı keçirməklə qonşu Azərbaycan dövlətinə, Azərbaycan xalqına, orduda vuruşan əsgərlərə, həm milli, həm insani, həm də qardaşlıq borcumuzu ödəmiş oluruq. Əziz xalqım, 124 min peyğəmbərin hər birinin missiyası zalimə qarşı çıxmaq və məzlumun yanında dayanmaq olub. Bütün peyğəmbərlərin, ilahi kitabların, ilahi liderlərin missiyası cəmiyyətdə kimliyindən asılı olmayaraq ədalətin bərqərar olmasıdır. Biz bu gün şahidik ki, Azərbaycan torpaqlarıErməni işğalçılığı tərəfindən vəhşicəsinə qəsb edilib və Azərbaycan da bu gün öz torpaqlarını azad etmək üçün öz haqlı mübarizəsini davam etdirir. Biz 30 il ərzində gördük ki, beynəlxalq təşkilatlar bu işin həlli yolunda heç bir ciddi addım atmadılar. Bu gün də Azərbaycan haqlı olduğu halda beynəlxalq təşkilatlar bu məsələlərin qarşısında bitərəf yaxud səssiz qalırlar. Azərbaycan torpaqları islam torpaqlarıdır. Bir buradan işğalçı dövlətə və öz fikirlərini insanlara aşılamağa çalışan ölkələrə əgər Azərbaycan torpaqları tamamən azad olunmadıqca, həqiqi sahiblərinə qayıtmadıqca heç bir sülhdən söz gedə bilməz. Qarabağ Azərbaycan torpağıdır, Qarabağ islam torpağıdır. O torpaqlarda vuruşmaq hər bir müsəlmanın mənəvi, insani borcudur. Biz buradan məsələnin həllində maraqlı olan ölkələrə səslənirik, bu məsələnin yeganə həll yolu var, Qarabağ işğaldan azad olunmalıdır. 30 ildir ki, bu xalq səbr edir, lakin aparılan danışıqların heç bir nəticəsi olmayıb. Qarabağ Azərbaycandır! İnşallah, Allah Gürcüstanın, Azərbaycanın bütün islam məmləkətlərinin işğal altında olan torpaqlarını işğaldan azad etməyi nəsib etsin. Allah birliyimizi, bərabərliyimizi qorusun”.
ŞƏRH YAZ
1