Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 16-dan bütün Gürcüstanda mövsümi qripə qarşı peyvəndlərə başlanılıb.
Akual.ge xəbər verir ki, dövlət proqramı çərçivəsində xəstəliyin ağırlaşma riski yüksək olan risk qruplarına, qrip virusuna qarşı peyvənd ödənişsiz həyata keçiriləcək.
Risk qrupuna daxildir: Diabet xəstələri, dializ keçirən şəxslər, HİV infeksiyası/AİDS olan şəxslər,orqan transplantasiyası və kistik fibroz olan şəxslər, 60 və daha yuxarı yaşlılar, ümumi təhsil müəssisələrinin müəllimləri və hamilə qadınlar.
Qeyd edək ki, Səhiyyə Nazirliyi dövlət immunlaşdırma proqramı çərçivəsində ÜST-nin tövsiyə etdiyi peyvəndlərdən biri olan və qrip zamanı dövriyyəyə çıxması gözlənilən ştamlara uyğunlaşdırılmış “Abbott Biologicals BV” şirkətinin istehsalı olan dördkomponentli peyvəndin 200 min dozasını alıb.