9 Yaşlı uşaqlara qızıl taxıb, nişan etdilər - VİDEO
17.10.2023 00:21
2245
Dünya
A
9 Yaşlı uşaqlara qızıl taxıb, nişan etdilər - VİDEO

8 Yaşlı qızın ailəsi ilə onun 9 yaşlı əmisi oğlunun "Beşik kəsməsi" arasında keçirilən nişan mərasimi gerçəkləşib.

Aktual.ge xəbər verir ki, hiddətlərə səbəb olan hadisə Türkiyənin Mardin şəhərində baş tutub. Türkiyənin Ailə və Sosial Xidmətlər Şəhər Müdirliyi məsələ ilə bağlı araşdırma başlatarkən, Mardin Qubernatorluğu sözügedən uşaqların qoruma altına alındığını açıqlayıb.

Mardinin Qızıltəpə rayonunda 8 yaşlı qızla 9 yaşlı əmisi oğlu üçün ailələr arasında uşaqlara nişan paltarı geyindirilib və nişan şənlik mərasimi keçirilib, üzüklər taxılıb. Mərasimdə iştirakçıların uşaqların nişan mərasimini ürəkdən alqışlaması isə diqqət çəkib. Görüntülər sosial mediada paylaşıldıqdan sonra aidiyyatı qurumlar hərəkətə keçib və istintaq başlayıb. Görüntüləri sosial mediada paylaşılan nişanın nənə və babalarının istəyi ilə təşkil edildiyi məlum olub.

ŞƏRH YAZ
18