
Gürcüstan parlamentinin üzvü,Bolnisi, Dmanisi, Tetritskaro və Tsalkanın majoritar deputatı Qoqi Meşveliani Bolnisi bələdiyyəsinin Mamxuti( Saraçlı) kəndində yaşayan sosial cəhətdən həssas, tənha anaya baş çəkərək, ona qaz qızdırıcısı hədiyyə edib.
Aktual.ge xəbər verir ki, bu barədə parlamentin üzvü sosial şəbəkədə paylaşım edib
"Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili və Sakrebulo sədrinin müavini Rəsul Bəxtiyarovla birlikdə Hüseynovlar ailəsinə baş çəkdik. Ailənin və kəndin ehtiyaclarını dinlədik.
Dəstəyimizə ehtiyacı olan hər bir vətəndaşa dəstək olmağa hər zaman hazırıq. İcmadakı çətinliklərin öhdəsindən gəlmək üçün əlindən gələni edən Sakrebulo sədrinin müavini, Mamxutinin majoritar deputatı Rəsul Bəxtiyarova təşəkkür etmək istəyirəm",- deyə Qoqi Meşveliani bildirib