Şeyx namizədi Vidadi Qurbanov kimdir? - DOSYE
11.11.2023 12:54
6995
Siyasət
A
Şeyx namizədi Vidadi Qurbanov kimdir? - DOSYE

1 Dekabr tarixində Gürcüstanda şeyx seçkiləri baş tutacaq. Artıq şeyx namizədləri ictimaiyyətə məlumdur - Vidadi Qurbanov, Hacı Qurban Murquzov və Hacı Faiq Nəbiyev.

Aktual.ge xəbər verir ki, yeni şeyxi 5 il müddətinə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) 21 nəfərdən ibarət Ali Dini Şurası seçəcək.

Şeyx seçkilərində iştirak edəcək namizədlərdən biri olan Vidadi Qurbanov kimdir? 

Aktual.ge ilahiyyatçının dosyesini təqdim edir:

Vidadi Qurbanov 09.01.1983 Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində anadan olub. Poniçala 218 saylı ictimai məkətbindən məzun olub.

İctimai məktəbdən məzun olduqdan sonra Vidadi Qurbanov Marneuli və Tbilisidəki İmam Rza (ə) və İmam Əli (ə) Mədrəsələrində dini təhsil alıb.

Dini təhsilini baş vurduqdan sonra Tbilisi Siyasi Akademiyasının fəlsəfə fakültəsini magistr dərəcəsi ilə bitirib.

2014-cü ildən GMİ-də fəaliyyətə başlayıb. O, GMİ-nin nəzdində yaradılmış "Muslim Media TV" internet telekanalının rəhbəri kimi fəaliyyət göstərib, üstəlik bir neçə verlişin aparıcısı olub.

Binzes fəaliyyəti ilə məşğul olmayan şeyx namizədi gürcü, ərəb, fars, rus dillərini bilir. 

Vidadi Qurbanov Gürcüstanı İran və Türkiyədə bir neçə dəfə Beynəlxalq Quran yarışlarında təmsil edib.

Ailəlidir 3 övladı var.

Aktual.ge xəbər portalı digər şeyx namizədlərinin dosyelərini araşdırır.

ŞƏRH YAZ
6