Şeyx namizədi Hacı Faiq Nəbiyev kimdir? - DOSYE
11.11.2023 23:35
6187
Din
A
Şeyx namizədi Hacı Faiq Nəbiyev kimdir? - DOSYE

Bu ilin 1 dekabr tarixində Gürcüstanda keçiriləcək şeyx seçkilərində üç nəfər din xadimi rəsmən sözügedən vəzifəyə öz namiəzdliyini təqdim edib və 8 noyabr tarixində Ali Dini Şura onların namizədliyini təsdiq edib.

Aktual.ge xəbər verir ki, Hacı Qurban Murquzov, Vidadi Qurbanov və Hacı Faiq Nəbiyev qarşıdaki beş il müddətinə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi olmağı hədəfləyir.

Aktual.ge xəbər portalı namizədlərin dosyelərini gün ərzində ictimaiyyətə təqdim edib.

Namizədlərdən biri olan Hacı Faiq Nəbiyev kimdir?

Faiq Teymur oğlu Nəbiyev 11.04.1977-ci ildə Gürcüstanın Marneuli Bələdiyyəsində anadan olub. 

Təhsilini Marneulinin 4 saylı məktəbində rus dilində başlayıb, elə bu məktəbdən 1994-cü ildə məzun olub.

İlk ilahiyyat təhsilini Azərbaycanın Gəncə şəhərində “Gəncə Mədrəsəsi”ndə alıb. Təhsilini İran İslam Respublikasının Qum şəhərində Dini Hövzə, həmçinin Beynəlxalq Əl-Mustafa Universitetində 5 il müddətində davam etdirib.

1999-cu ildə Tbilisi Cümə Məscidinin nəzdində təsis olunmuş “İmam Əli Mədrəsəsi”ndə müəllim, daha sonra müdir olaraq fəaliyyətə başlayıb.

2002-ci ildə “Alul Beyt” Dini Mədəni Maarif Mərkəzi təsis olunduqdan sonra bu günə kimi sözügedən mərkəzdə müdir vəzifəsində çalışır.

O, bu illər ərzində "Alul Beyt" nəzdində böyük kitabxananı təsis edib. Azyaşlılar və yeniyetmələrin əxlaqi dəyərlər, həmçinin Dini təlimlərin təbliğində rolu olan “Müctəba” Jurnalını təsis edib və jurnalın baş redaktoru olub. Jurnal gürcü və Azərbaycan dillərində nəşr olunur.

Fəaliyyəti illərində İmam Hüseyn (ə) Məscidinin tikintisi, bir çox məscidlərin təmiri, gümbəzinin qoyulması, istilik sisteminin çəkilməsi, həmçinin Marneulidə Seyidlər İmamzadəsinin zərihinin qoyulmasında rolu olub.

Faiq Nəbiyev bundan başqa gənc və yeniyetmələrin ali məktəblərə qəbul olması üçün dəstək verib. Belə ki, Hacı Faiqin təşəbbüsü ilə "Alul Beyt" Mərkəzində ümumilikdə 225 nəfərin Dövlət Universitetlərinə qəbul olunması üçün hazırlıq kursları açılıb.

Onun faəliyyəti müddətində müxtəlif yardım aksiyalarının təşkilində rolu olub. Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Ali və Elmi Şurasının üzvüdür. Bir çox beynəxalq tədbir və konfranslarda iştirak edib. 

2020-ci ildə “Shafaqna” Beynəxalq Xəbər Agentliyinin Azərbaycandilli şöbəsinin, 2022-ci ildə isə rusdilli şöbəsinin açılmasında birbaşa danışıqlar aparmış və fəaliyyətə başlamasına nail olub. 

Ərəb, fars, rus dillərini bilir. Həcc, Kərbəla və Məşhəd ziyarətlərində olub.

Evlidir, üç övladı var. Onun bir sıra biznes fəaliyyətidə mövcuddur.

Məlumat üçün bildirək ki, Faiq Nəbiyev Marneulinin Baş axundu və imamcümələrindən biri Hacı Əziz Nəbiyevin qardaşıdır.


Şeyx namizədi Vidadi Qurbanov kimdir?

Şeyx namizədi Hacı Qurban Murquzov kimdir?

ŞƏRH YAZ
10