
Kateqoriyalar
Həftəsonu 18-19 noyabr Gürcüstanda havanın necə olacağı barədə rəsmi proqnoz verilib.
Aktual.ge xəbər verir ki, Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin proqnozuna görə: noyabrın 18-19-da Qərbi Gürcüstanda hava nisbətən quru və isti olacaq, İmeretinin yuxarı hissəsində güclü şərq küləyi əsəcək və Kolxeti düzənliklərində küləkli hava şəraiti olacaq.
Paytaxt Tbilisidə noyabrın 18-19-da hava yağmursuz keçəcək. Havanın temperaturunun gün ərzində +13, +15 dərəcə isti olacağı gözlənilir.
Sahil rayonlarında Batumi, Kobuleti, Anaklia və Potidə 18-19 noyabrda hava günəşli olacaq, +17, +22 dərəcəyə qədər isti olacaq.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalidə gün ərzində havanın temperaturu +10, +15 dərəcə təşkil edəcək.