
"Georgian Wings" aviaşirkəti sərnişinlərin məmnunluğu və onlar üçün unudulmaz duyğuların yaradılmasına ilk növbədə səyahətləri zamanı müştərilərinə təklif etdiyi xidmətdən başlayır.
Sərnişinlər üçün ən yaxşı təcrübə və əhval-ruhiyyə yaratmaq üçün Gürcüstanın "Geosky" aviaşirkətinin nəzdində fəaliyyət göstərən "Georgian Wings" səyahət istiqaməti yüksək standart yaradır və sərnişinlərə "Sheraton Grand Tbilisi Metechi Palace"dan və təyyarədə olan məşhur aşpazlarin yeməklərini təklif edir.
“Georgian Wings" sərnişin xidmətinin yüksək keyfiyyətinə diqqət yetirir və ona görədə qərar qərar aldı ki, "Sheraton Grand Tbilisi Metechi Palace" tərəfindən hazırlanan yeməklər təklif edilsin sərnişinlərə.
"Biz artıq avtomatik olaraq yüksək keyfiyyətli və mürəkkəb xidmətlə əlaqəli olan bir brend ilə əməkdaşlıq edirik. Bu qərarla aviaşirkət Gürcüstanın aviasiya bazarında sərnişinlər üçün yeni standart müəyyən edir. “Georgian Wings” şirkəti hesab edir ki, yaxşı və keyfiyyətli yeməklər, eləcə də aviaşirkət tərəfindən həyata keçirilən uçuşlarda müxtəlif xidmətlər təklif etmək son dərəcə vacibdir”, – Georgian Wings-in İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Lika Kortoşidze bildirib.
"Sheraton Hotel" və "Georgian Wings" arasında əməkdaşlıq çərçivəsində sərnişinləri beynəlxalq və gürcü ləzzətlərinin qarışığı olan tamamilə yeni və unudulmaz menyu gözləyir.
Kaxaber Elbakidze, "Sheraton Grand Tbilisi Metechi Palace"ın Baş aşpazı bildirib: "Biz "Georgian Wings" sərnişinləri üçün gürcü və beynəlxalq mətbəxin ləzzətlərini özündə birləşdirən müxtəlif menyu yaratmışıq. Bizim menyumuza müxtəlif ənənəvi mətbəxlərin qarışığı daxildir: Qrilldə qızaran xardallı Mal əti - Britaniya mətbəxinin zənginliyi, şirəli mal əti və xardal sousu. Qrildə Korea Stillində qızaran tərəvəz - Koreya mətbəxini sevənlər üçün sendviçimiz qızardılmış tərəvəzi ədviyyatlı kimçi sousu ilə təklif edilir.
Aralıq dənizi harmoniyası "Caprese" - İtalyan qastronomiyasının şərəfinə pomidorun, mozzarellanın və reyhan pestosunun harmonik qarışığını təklif olunur. Ayrıca, gürcü təamlarından ajika ilə güclü ətirli zərif cücə ətindən ləzzət ala bilərsiniz".
Hazırda yalnız Batumi və Bakı istiqamətində uçuşlar həyata keçirən “Georgian Wings”in geniş planları var və dekabrda uçuşlarının coğrafiyasını genişləndirəcək və aviaşirkət yeni “Boeing 737-300” təyyarəsini əlavə edəcək. Gürcüstan aviaşirkəti bazarda ilk növbədə yüksək xidmət standartı və keyfiyyəti ilə özünü təsdiqləməyi planlaşdırır ki, bu da "Sheraton Grand Tbilisi Metechi Palace" mətbəxini seçməsinin səbəbidir.
32 ildən artıqdır ki, "Sheraton Grand Tbilisi Metechi Palace" paytaxtda kulinariya əsəri ərsəyə gətirir.
Kaxaber Elbakidze deyib: "Sheraton mətbəxi hər bir tətilçi üçün otel təcrübəsinin ayrılmaz hissəsidir".
"Sheraton" Hotel regionda ilk 5 ulduzlu beynəlxalq oteldir. Tbilisinin tarixi mərkəzinin yerləşən sözügedən otel regionda ilk otellər şəbəkəsidir.
(R)