Türkiyəni əhatə edən şiddətli daşqın və tufan fəlakəti nəticəsində ümumilikdə 9 nəfər həyatını itirib.
Aktual.ge xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Zonquldakda 57 məktəbin damı uçub, ilk mərhələdə 50 milyon lirə vəsait göndərdik, 43 ev və iş yerinin dam örtüyünün uçduğu barədə də məlumat var. Bundan başqa, su basmış evlərə və əkin sahələrinə dəyən ziyanın qiymətləndirilməsi aparılır.
Nazir təbii fəlakət nəticəsində həyatını itirən 9 nəfərin Zonquldak, Diyarbəkir və Batmandan olduğunu söyləyib.
Məlumat üçün bildirək ki, qış Türkiyənin əksər ərazilərinə təsir edib. Həm tufan, həm leysan, həm də qar ölkə daxilində təsirli olub, ağaclar aşıb, dənizdəki fırtına qayıqları zədələyib.