Kateqoriyalar
Almaniyada iki nəfər Gürcüstan vətəndaşı ətir oğurluğuna görə saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumatda deyilir ki, gürcülər aptekdən iki ətir oğurlayıblar, onların ümumi dəyəri 700 avrodur.
Saxlanılanların üzərində axtarış aparan polis qış papaqları və şərfləri tapıb, onların da oğurlandığı iddia edilir.