TİKA Tbilisidə fiziki qüsurlu şəxsləri sevindirdi - VİDEO
12.10.2020 23:26
184
Mədəniyyət
A
TİKA Tbilisidə fiziki qüsurlu şəxsləri sevindirdi - VİDEO
Partaxt Tbilisidə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Tbilisi şəhər mərkəzində yeraltı keçidlərin əlillərə də xidmət göstərməsi üçün xüsusi əlil liftləri quraşdırıb. Bu barədə məlumat Aktual.ge xəbər portalına TİKA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, Tbilisi şəhər Bələdiyyəsi və TİKA Rəhbərliyinin birgə əməkdaşlığı əsasında Tbilisi şəhər mərkəzində üç ayrı yeraltı keçiddə (Melikişvili küçəsi, Rustaveli küçəsi və Azadlıq meydanı) ümumilikdə 6 əlil liftinin quraşdırıldığı bildirilib. “Agentliyimiz Tiflis şəhər mərkəzindəki yeraltı keçidlərin əlillərə də xidmət göstərməsi üçün xüsusi əlil liftləri quraşdırdı. Tbilisi şəhər bələdiyyəsi və TİKA Rəhbərliyinin birgə əməkdaşlığı nəticəsində Tbilisi şəhər mərkəzində üç ayrı yeraltı keçiddə (Melikişvili küçəsi, Rustaveli küçəsi və Azadlıq meydanı) ümumilikdə 6 əlil lifti quraşdırılmışdır. TİKA tərəfindən şəhərdə qurlaşdırılan xüsusi əlil liftləri ilə həm nəqliyyat vasitələrinin, həm də piyada tixacının çox sıx olduğu bölgələrdə yeraltı keçidlərdən istifadə edəcək əlil vətəndaşların şəhər nəqliyyatına böyük töhfə vermək və ictimai həyatlarında müsbət təsir göstərməsi hədəflənir. Bundan əlavə, layihənin tərəfdaşı olan Tbilisi şəhər bələdiyyəsi ilə ilk dəfə həyata keçirilən bu layihənin fərqli əməkdaşlıq imkanları üçün bir fürsət yaradacağı düşünülür. Rəyasət Heyətimizin Gürcüstan daxilində mərkəzi hökumət ilə əlaqələrini gücləndirməsinə əlavə olaraq, yerli idarəetmə ilə beynəlxalq inkişaf və əməkdaşlıq imkanlarını qiymətləndirməyə hazır bir qurum olduğu nümunəvi bir layihədir. Layihə Tbilisi şəhər bələdiyyəsinin istəyi əsasında həyata keçirilib. İrəliki zamanlarda Tbilisi şəhər bələdiyyəsi ilə müxtəlif sahələrdə sosial əməkdaşlıq layihələrinin davam etdirilməsi planlaşdırılır”, -deyə verilən məlumatda qeyd olunub.
ŞƏRH YAZ
0