Azər Süleymanovdan çox danışılacaq AÇIQLAMA
30.11.2023 12:05
1618
Siyasət
A
Azər Süleymanovdan çox danışılacaq AÇIQLAMA

"Əslində "Vahid Milli Hərəkat"da son baş verənlər mənim üçün çox da maraqlı deyil. Hazırda partiyada baş verənlər 2024-cü il Parlament seçkilərinə hesablanıb və məqsəd sadəcə bir neçə nəfər özləri, üçün Parlamentə mandat qazansınlar vəssalam. Buna bir növdə mandat alveri demək olar".

Bu barədə Aktual.ge xəbər portalının əməkdaşı ilə həmsöhbət olan "Vahid Milli Hərəkat" partiyasının keçmiş üzvü, Parlamentin sabiq deputatı Azər Süleymanov söyləyib.

Son günlər ana müxalifətdə baş verənləri şərh edən siyasətçi "Milli Hərəkat"ı batmış titanik adlandırıb və deyib ki, bu partiya mandat alveri ilə məşğuldur.

"Mən bizim azərbaycanlılara demək istərdim ki, bu partiyaya aldanmasınlar. Bu günlərdə sözügedən partiyanın liderlərindən biri Davit Kirkitadzenin açıqlamasını oxdum. Deyir ki, guya 'Milli Hərəkat'da indən belə daha çox azərbaycanlılar iştirak edəcək... Bu həmin Kirkitadze idi ki, 2020-ci ildə külli miqdarda pul alıb, mandat satdı bizim azərbaycanlılara. Açıq şəkildə deyim ki, bu həmin insandır ki, azərbaycanlıları heç vaxt sevməyib. Levan Xabeişvili 'Milli Hərəkat'da heçkimdir. O, bir neçə nəfərin əlində olan marionetdir. Biz artıq görürük ki, bu partiya bütün öz resurslarını itiribdir, batmış titanikə bənzəyir. Bunlar o dərəcə aciz insanlardır ki, Mixeil Saakaşvilini çağırdılar gəl-gəl, amma indi ortaya 5 nəfər doğru dürüst çıxa bilmir. Bu partiya ikiyə bölünübdür, burada klanlaşma və klanlar hökm sürür. Aciz rəhbərlik ucbatından bu partiya məhvə edilməyə doğru irəliləyir" , - qeyd edib Azər Süleymanov.

Onun sözlərinə görə, hakim partiyadan qovulanlar gəlib "Milli Hərəkat"da gözlərini Parlamentə dikiblər.

"Siz bir baxın 'Milli Hərəkat'ın Marneulidəki vəziyyətinə. 'Gürcü Arzusu'nda özlərinə yer tapanmayanlar gəlib burada liderlik iddia edirlər və gözlərini parlamentə dikiblər. Mən bu partiyanın 20 il üzvü və siyasi şurasının üzvü olmuşam, aldanmasınlar. Mən 2024-cü ildə əlimdən gələni edəcəm ki, 'Milli Hərəkat' Marneulidə səs toplaya bilməsin, çünki onlar azərbaycanlıların səsini haq etmirlər. Bu partiyanın liderləri də elə regional rəhbərlərinin səviyyəsindədirlər" , - Azər Süleymanov söyləyib.

ŞƏRH YAZ
19