Mağazanın arxa hissəsini dələrək soyğunçuluq etdilər - Qaracalar
13.10.2020 11:00
531
Kriminal
A
Mağazanın arxa hissəsini dələrək soyğunçuluq etdilər - Qaracalar
Bu gün - 13 oktyabr səhər saat 06:00 radələrində Qardabani rayonunun Qaracalar kəndində bir mağaza qarət olunub. Aktual.ge xəbər verir ki, soyğunçu və ya soyğunçular sözügedən kəntdəki mağazanın arxa hissəsini dələrək içəri daxil olublar. Mağaza sahibi bildirib ki, sadəcə siqəret və içki oğurlanıb. Faktla əlaqədar istintaq açılıb, hazırda isə hüquq mühafizə orqanları və ekspertiziya mağazanın qarət olunduğu ərazidə müvafiq işlər həyata keçirir.
ŞƏRH YAZ
3