Qəzzada sülh fürsəti əldən verildi - Ərdoğan
03.12.2023 00:35
404
Siyasət
A
Qəzzada sülh fürsəti əldən verildi - Ərdoğan

İsrailin barışmaz yanaşması səbəbindən Qəzza zolağında sülh üçün fürsət artıq yoxdur.

Aktual.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə həmişə atəşkəsin tərəfdarı olub:

“İsrailin yanaşması nəticəsində yaranan vəziyyət bizim qorxularımızda haqlı olduğumuzu bir daha göstərdi. Burada sülh üçün fürsət var idi və təəssüf ki, İsrailin barışmaz yanaşması ucbatından biz bu fürsəti hələlik itirmişik”.

Eyni zamanda, o, belə bir fürsətin yenidən yaranacağına ümidini itirmədiyini vurğulayıb

ŞƏRH YAZ
4