İsrailli hərbçilər yalnız bu halda azad ediləcək
03.12.2023 11:33
269
Dünya
A
İsrailli hərbçilər yalnız bu halda azad ediləcək

“HƏMAS girov götürdüyü bütün qadın və uşaqları azad edib”.

Aktual.ge xəbər verir ki, bu açıqlama ilə HƏMAS-ın Siyasi Bürosünün rəhbərinin müavini Saleh əl-Aruri çıxış edib.

“İsrail hələ də israr edir ki, bir neçə qadın və uşaq bizim tərəfimizdən girov saxlanılmaqda davam edir, lakin biz onların olmadığını bəyan etmişik. Biz əlimizdə olan qadın və uşaqların hamısını dəyişdirmişik. Əgər digər belə hallar varsa, bizim həmin şəxslərdən xəbərimiz yoxdur və ya onlarla bağlı məlumatsızıq”, - deyə HƏMAS rəsmisi vurğulayıb.


Saleh Əl-Aruri bildirib ki, hazırda HƏMAS-ın əsirliyində yalnız İsrail əsgərləri və orduda xidmət edən kişilər qalıb.

“Hərəkat yalnız Qəzza zolağına təcavüz dayandırılacağı təqdirdə onları azad etməyə razı olacaq”, - əl-Aruri əlavə edib.

ŞƏRH YAZ
5