Kateqoriyalar
“Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları brakonyerliyə qarşı mübarizə tədbirləri çərçivəsində qonur ayının qanunsuz ovlanması faktını aşkarlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Ekoloji Nəzarət Departamenti məlumat yayıb.
Qeyd olunub ki, Gürcüstanın “Qırmızı Siyahısı”nda qorunan ayı növü Düşeti bələdiyyəsində vətəndaşlar tərəfindən öldürülüb.
Qurumun məlumatına görə, qonur ayının qanunsuz ovlanması nəticəsində ətraf mühitə dəymiş ziyanın məbləği 50 min laridir.
Faktla bağlı əlavə araşdırma üçün materiallar aidiyyəti quruma göndərilib.